SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi Azərbaycanda dekabrın 12-si 00:00-dən komendant saatı ləğv edilir. Bir çoxları gündəlik koronavirusa yoluxanların və ölənlərin sayı kəskin artdığı üçün dekabrın 13-dən Azərbaycanda yenidən "SMS icazə" sisteminin tədbiq ediləcəyini qeyd edirlər. Bəs dekabrın 13-dən Azərbaycanda yenidən "SMS icazə" sistemi tədbiq edilə bilərmi?

BAKU.WS xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, yoluxmaların sayında günbəgün artım müşahidə olunur:

"Gündəlik yoluxma 4000, bəzən də 4000-dən çox olur. Eyni zamanda vəfat edən insanlar da az deyil. Müəyyən tədbirlər görülməkdədir. Amma yenə də biz azalmanı görmürük. Ona görə də yenidən sərtləşmələrlə bağlı təkliflər var. Həmin təkliflərdən biri də "SMS icazə" sisteminin yenidən tətbiqinə keçməkdir.

Əvvəlki dövrlərdə yoluxma çox olan zaman "SMS icazə" sisteminə keçid müəyyən qədər effekt verdi. Təmasların azalması ilə yoluxan və ölənlərinin sayı azaldı. Vəziyyət getdikcə çətinləşdiyi üçün Operativ Qərargahın təhlilindən sonra bu sistemə yenidən qayıdılacaq.

Bu sahənin mütəxəssisləri də vəziyyət kəskinləşdiyi üçün "SMS icazə" sisteminin vacibliyini qeyd edir. Təəssüf ki, bəzi vətəndaşlarımız qaydalara əməl etmir. Hətta yoluxan insanların küçədə gəzdiklərinin şahidi oluruq. İnsanların bir-biri ilə əlaqəsinin qarşısını almaq üçün "SMS icazə"nin tədbiqi ilə bağlı qərar qəbul edilə bilər".

BAKU.WS