SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmirdə restoran sahibi karantin qaydalarını ciddi şəkildə pozaraq fəaliyyət göstərdiyinə görə cərimələnib.

BAKU.WS "report”a istinadən xəbər verir ki, Kürdəmir rayonunun Xırdapay kənd ərazisində yerləşən “Qarabağ” restoranının sahibi Hacıyev Baqir İlham oğlu karantin qaydalarını ciddi şəkildə pozduğuna görə rayonun polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Polis şöbəsinin əməkdaşları onunla profilaktik söhbətlər apardıqdan sonra işinə hüquqi qiymət verilməsi üçün Baqir Hacıyevi Kürdəmir Rayon Məhkəməsinə aparıblar.

Sonda məhkəmənin qərarı ilə Baqir Hacıyev karantin qaydalarını ciddi şəkildə pozduğuna görə 3 min (üç min) manat cərimə olunub.

Hazırda Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

BAKU.WS