VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada koronavirusa yoluxanların sayı hər ötən gün daha da artır. Həkimlərin həyəcan təbili çalması COVID-19-a daha çox qadınların, yoxsa kişilərin yoluxması məsələsini gündəmə gətirir.

Hər kəsi düşündürən bu sualın cavabını isə mütəxəssislər BAKU.TV-yə şərh edib.

Professor Adil Qeybulla bildirib ki, kişilər bu xəstəliyi qadınlara nisbətən ağır keçirir. Həkimin sözlərinə görə, sağlam, immun sisteminin güclü olması, bu xəstəliyi yüngül keçirməyə imkan verir.

Qeyd edək ki, Azərbaycanda da koronavirusa yoluxanların gündəlik sayda dörd mini keçib. Bu səbəbdən də açıq havada maska taxmaqla bağlı qərar qəbul edilib.

Mütəxəssislər hesab edirlər ki, maskalar insanları boğmur və nəfəs almağa mane olmur. Ona görə də koronavirusla bağlı peyvənd tətbiq edilənə qədər maska taxmağa davam etmək lazımdır.

BAKU.WS
VİDEO