VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunan-Roma güləşi üzrə Azərbaycan millisində koronavirusa yoluxanların adları bəlli olub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Ziyad Zeynalov (55 kq) və Nəsir Həsənovun (77 kq) testi müsbət çıxıb.

Komandadan təcrid edilən idmançılar təxminən bir həftə sonra növbəti dəfə test verəcəklər.

Qeyd edək ki, hər iki güləşçi ötən il Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatında 5-cü olub.

BAKU.WS