SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirusa yoluxan şəxslərin çoxu xəstəliyi yüngül keçirir.

BAKU.WS xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, indiyə qədər belə xəstələrin ev şəraitində müalicəsi mümkündür.

"Artıq xəstələr xəstəxanalara axın edir. Bəzi hallarda isə tətbiq etdiyimiz müalicə protokolundakılardan kənar əlavə müalicələr qəbul edirlər. Hazırda təhlükəli dərman vasitələrindən, həkim nəzarəti olmadan antibiotik tərkibli dərmanlardan istifadə edirlər. Bunların isə insan həyatı üçün təhlükəsi böyükdür".

BAKU.WS