SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmazda qaydaları pozan COVİD-19 xəstələri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadıqları ünvanı tərk edərək Bakı şəhərinə və Quba rayonuna getmək istəyən koronavirus xəstələrini aşkarlayıblar.

Araşdırmalarla həmin şəxslərin Xaçmaz rayon sakinləri A.Zeynalova və A.İsayeva olduqları müəyyən edilib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və onlar təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Faktlarla əlaqədar Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

BAKU.WS