SİZİN REKLAM BURADA!
055 213 76 73


"Neftçi" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Anton Krivotsyukun testi müsbət nəticələnib.

22 yaşlı cinah müdafiəçisi bu səbəbdən Azərbaycan Premyer Liqasının XI turunda "Zirə" ilə matçı buraxıb.

Albaniyalı oyunçu Bruno Teluşidə isə zədə səbəbindən komandasına kömək edə bilmir.

Artıq "Neftçi"nin kapitanı Emin Mahmudov və hücumçu Mirabdulla Abbasov koronavirusdan sağalıb.

Qeyd edək ki, "Neftçi" - "Zirə" matçında ilk hissə başa çatıb, hesab açılmayıb.

BAKU.WS