SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda koronavirusa yoluxma statistikası açıqlanıb.

BAKU.WS "koronavirus.info" saytına istinadən xəbər verir ki, ən yüksək yoluxma, 53,5 faizi Bakı şəhərindədir.

Qeyd edək ki, Bakı şəhəri üzrə koronavirus ən çox Binəqədi rayonunda yayılıb. Bu rayonda yoluxma Bakı şəhəri üzrə ümumi yoluxmanın 14,7 faizini təşkil edir.

Ardıcıllığa uyğun olaraq daha sonrakı yerlərdə 12,7%-lə Xətai, 11,6%-lə Yasamal, 11,3%-lə Sabunçu, 8.3%-lə Nəsimi, 8,4%-lə Suraxanı, 8%-lə Nərimanov, 7,3%-lə Nizami, 6,3%-lə Qaradağ, 6,3%-lə Xəzər, 4,8%-lə Səbail, 0,3%-lə Pirallahı gəlir.

Digər ən çox yoluxma 13,8 faizlə Abşerondadır. Bundan başqa, Aranda 11,3 faiz, Gəncə-Qazaxda 7,2 faiz, Lənkəranda 4,0 faiz, Şəki-Zaqatalada 3,3 faiz, Quba-Xaçmazda 3,2 faiz, Dağlıq Şirvanda 1,9 faiz, Yuxarı Qarabağda 1,0 faizdir.

Naxçıvanda yoluxma 0,06 faiz, ölkə xaricindəki azərbaycanlılar arasında yoluxma isə 0,7 faiz təşkil edir.

BAKU.WS