SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

BAKU.WS "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin (55.2 faiz) payına düşüb.

Abşeronda yoluxma faizi 14.5 faiz, Aranda 10.6 faiz, Gəncə-Qazaxda 6.7 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 2.9 faiz, Quba-Xaçmazda 2.5 faiz, Dağlıq Şirvanda 1.6 faiz, Yuxarı Qarabağda 1.1 faizdir.

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası belədir: Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz, Nərimanovda 8.0 faiz, Suraxanıda 8.0 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 6.7 faiz, , Xəzərdə 5.9 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz.

Naxçıvanda yoluxma 0.08 faiz, ölkə xarici yoluxma isə 0.9 faiz təşkil edir.

BAKU.WS