SİZİN REKLAM BURADA!
055 213 76 73


Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən BAKU.WS-ə bildirilib ki, 13 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 14 şagird və 4 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı isə 2, məktəblərin sayı isə 4-dür.

Əyani təhsilə qaytarılmış siniflərin sayı 5-dir.

İndiyə qədər ölkə üzrə 24 məktəb, 52 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

BAKU.WS