Sumqayıtda partlayış baş vermiş binanın sakinlərinə kirayə haqqı veriləcək?
"Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş verən partlayışın nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir".
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-yə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib.
"Təhlükəsizlik məqsədilə binada ilkin bərkitmə işləri artıq həyata keçirilib. Bina 6 girişdən ibarətdir və artıq 3 girişdə yaşayış tam şəkildə təmin edilib. Partlayış baş verən girişdə sakinlərin əşyalarını çıxarması üçün şərait yaradılıb. Onların müvəqqəti mənzillərin kirayə haqqının ödənilməsi isə dövlət hesabına həyata keçiriləcək", - deyə o bildirib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Lionel Messi və dostları Bakıda Heydər Əliyevin xatirəsini anıblar
Dekabrın 11-də Azərbaycana gələn futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba Bakıdakı Fəxri xiyabanda ulu öndər He...