Şəhid Muxtar Qasımlının anım günüdür
Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan Muxtar Əli oğlu Qasımlının anım günüdür. Onun şəhidlik zirvəsinə ucalmasından artıq 4 il ötür.
Muxtar Əli oğlu Qasımlı 1993-cü ildə fevralın 23-də Bakıda doğulub.
O, 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olub və 2009-cu ildə məktəbi bitirib.
2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə bakalavr təhsili alıb.
Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb.
M.Qasımlı 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb.
Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şücaət göstərib.
Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhisimiz Bakıda Qala qəbiristanlığında torpağa tapşırılıb.
O, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Oxşar xəbərlər
Azərbaycanda bir universitetin təmirinə 790 min manat sərf olunacaq
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı kompleksində təmir işləri həyata keçiriləcək. BAKU.WS trend-ə istinadən xəbər verir ki, bununla b...