Pensiya ilə bağlı hər kəsin gözlədiyi məsələyə aydınlıq gətirildi
"Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur".
BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyevin sözlərinə görə, bu gün insanların orta ömür müddəti uzanır:
"İnsanların sağlamlığı imkan verir ki, daha aktiv əmək və həyat fəaliyyəti ilə məşğul olsunlar. Ona görə də pensiya yaşının azaldılması real məsələ deyil. Bu həm də kiminsə istəyinə bağlı iş də deyil. Bu, eyni zamanda DSMF-nin dayanıqlılığına təsir edən məsələdir. Burada çoxlu parametrlər ortaya qoyulmalı, ölçülüb-biçilməlidir. Həmçinin demoqrafik, iqtisadi və sosial göstəricilər də var. Ən azı 30 illik perspektiv strateji hesablama göstəricilərinə baxmaq lazımdır".
Oxşar xəbərlər
Dekabrda Azərbaycana qar yağacaq? - PROQNOZ
Bu il dekabr ayında havanın orta aylıq temperaturun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya...