Milli Qəhrəman Natiq Qasımovun adı Mingəçevir şəhərində orta məktəbə verilib
29
noy
2024
12:16
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Sənədə əsasən, Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, bu Qərar Azərbaycan Prezidentinin 2024-cü il 25 iyun tarixli 175 nömrəli Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş Natiq Səlim oğlu Qasımovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə verilib.
Oxşar xəbərlər
SOCAR-ın idarəsi dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderliyini saxlayır
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Mark...