Bakının Kövkəb Səfərəliyeva küçəsində hərəkət tam məhdudlaşdırılacaq
26
sen
2024
17:01
Sentyabrın 28-də, saat 00:00-dan Bakının Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsi ilə kəsişməyə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılacaq.
BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Dəbdəbəli toy edirlər, qonaqları tanımırlar: Küçə zibilləmək adətinin olduğu ölkə
"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb. Bu dəfə Bakıdan 5 662 kilometr uzaqlıqda yerləşən, maraqlı təbiəti, çayları, mağaraları ilə insanla...