Vüqar Bayramov: 2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq
2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Mili Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun işğal dövründə tamamilə dağıdılması iqtisadiyyata milyard dollarla ziyan vurub:
"Bu gün həmin ərazilərin bərpa və yenidən qurulmasını müşahidə edirik. 20 minə yaxın vətəndaşımız işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşıb. 2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız bu ərazilərdə məskunlaşacaq. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi gücünü göstərir, digər tərəfdən isə xarici siyasət üçün yeni çağırışlar və prioritetləri müəyyənləşdirir".
Oxşar xəbərlər
Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb. BAKU.WS xəbər ve...