Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə pilotların təlim uçuşlarının şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.
Plana uyğun olaraq, havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqları icra olunub.
Təlim uçuşlarının keçirilməsində başlıca məqsəd şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsindən ibarətdir. Qarşıya qoyulan tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqlik və peşəkarlıqla yerinə yetirilib.
Oxşar xəbərlər
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş Katibinin əməliyy...