Yağış suları Ramanada gölməçə yaratdı
20
okt
2024
11:46
Ötən gündən etibarən yağan aramsız yağışlar öz fəsadlarını göstərib.
BAKU.WS xəbər verir ki, paytaxtın bir neçə qəsəbəsində yollar yararsız vəziyyətə düşüb.
Həmin yollardan biri də Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşir.
Belə ki, qəsəbənin bəzi hissələrində kanalizasiya sistemlərinin normal işləməməsi yağış sularının gölməçə yaratmasına səbəb olub.
Bu həm piyadalar üçün, həm də avtomobillər üçün çətinliklər yaradıb.
Oxşar xəbərlər
Bakıda avtobusla minik maşını toqquşdu
Bakıda avtobusla minik maşını toqquşub. Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə bildiriblər. Qeyd edilir ki, "8 noyabr" prospektində minik maşını...