Vətən müharibəsi iştirakçısı olan artilleriya divizionunun komandiri vəfat etdi

Vətən müharibəsi iştirakçısı olan artilleriya divizionunun komandiri vəfat etdi
Hadisə 84

Biləsuvarda Vətən müharibəsi veteranı vəfat edib.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Cəlal Adıböyük oğlu Rəhimov bu səhər ürəktutmadan dünyasını dəyişib.

O, doğulduğu Biləsuvar rayonunda dəfn edilib.

40 yaşlı C.Rəhimov 2005-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Azərbaycan Ordusunun zabiti kimi cəbhə bölgəsində Vətənə şərəflə xidmət edib. Qüsursuz xidmətlərinə görə çoxsaylı orden və medallara layiq görülüb.

Mayor C.Rəhimov Vətən müharibəsində Füzuli, Xocavənd, Tuğ və Şuşa uğrunda qəhrəmancasına döyüşüb. Artilleriya komandiri olub.

Qeyd edək ki, veteran müharibədən sonra Şuşada yerləşən hərbi hissədə artilleriya divizionunun komandiri vəzifəsində çalışıb. Bir il idi ki, ehtiyata buraxılmışdı. Subay idi.

Oxşar xəbərlər

Sumqayıtda yanğınla nəticələnən partlayış baş verib

Sumqayıtda yanğınla nəticələnən partlayış baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 15-ci məhəllə, R.Qəhrəmanov küçəsində yataqxana binasında yanğın baş verməsi barədə...

59 Hadisə 21:07 29 sentyabr 2024

Son xəbərlər