Elektrik mühərrikli avtobusun yolda qalmasının səbəbi məlum oldu - RƏSMİ AÇIQLAMA
Dünən Bakıda elektrik enerjisi ilə işləyən avtobus içərisi sərnişin ilə dolu halda yolda qalıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Avtobusun yolda qamasına səbəb kimi enerji ehtiyatı qurtarması göstərilib.
Məsələni araşdırmaq üçün "BakuBus" MMC -yə müraciət etdik. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, 28.11.2024-cü il tarixində, eləcə də elektrik mühərrikli avtobusların Bakı şəhərinin marşrut xətləri üzrə istismara başlanıldığı gündən etibarən, "BakuBus" MMC-nin "Marşrutların idarəetmə mərkəzinə" sərnişin daşınması zamanı batareyanın kifayət qədər enerji ehtiyatının olmaması ilə bağlı heç bir hal baş verməyib:
"Sosial şəbəkələrdə yayılan video görüntünü müşahidə kameralarında analiz etdikdən sonra, 28.11.2024-cü il axşam saatlarında baş verən hadisənin sürücünün texniki səhvi ilə əlaqəli olduğunu müəyyən etdik.
Qeyd edilən problem qısa müddət ərzində aradan qaldırılmış və avtobus marşrut xətti üzrə hərəkətinə davam etmişdir. Bildiririk ki, elektrik mühərrikli avtobuslar marşrut xəttindən qayıdıb depoya gəldiyi zaman tam olaraq enerji ilə doldurulur və müəyyən edilmiş marşrut xətləri üzrə gün ərzində əlavə enerji doldurulmasına ehtiyac olmadan hərəkətini davam etdirir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Dələduzların sərhədsiz fantaziyası: dəvətnamələr ilə qurbanlarına "toy tuturlar"
Azərbaycan Televiziyası və Medianın İnkişafı Agentliyinin birgə layihəsi olan "MediaLab" verilişində bu dəfə kiberdələduzların onlayn dəvətnamə ilə insanları ne...