Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb
Daşkəsən rayonunda yaşayış binasında mənzillərdən birində partlayış olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu bu gün saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.
Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
Oxşar xəbərlər
Bakıda avtobusla minik maşını toqquşdu
Bakıda avtobusla minik maşını toqquşub. Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə bildiriblər. Qeyd edilir ki, "8 noyabr" prospektində minik maşını...