Bakıda qonşular arasında dava zamanı ata və oğlu bıçaqlanıb
11
dek
2024
08:38
Bakının Xətai rayonunda dava zamanı üç nəfər xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Əliağa Şıxlınski küçəsində qeydə alınıb.
Belə ki, 1972-ci il təvəllüdlü Kamil Bağırov və oğlu 2004-cü il təvəllüdlü Cavid Bağırov qonşuluqda yaşayan şəxslə dava zamanı bıçaqlanıb.
2003-cü il təvəllüdlü Qabil Mehdiyev isə dava zamanı başından xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Oxşar xəbərlər
Öldüyü deyilən qadın 35 il sonra ailəsi ilə görüşdü
"Səni Axtarıram" verilişinin ötən gün yayımlanan buraxılışında şok hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, uzun axtarışlardan sonra verilişin komandası 35 ildi...