Bakıda 4 avtomobil toqquşub, taksi sürücüsü xəsarət alıb

Bakıda 4 avtomobil toqquşub, taksi sürücüsü xəsarət alıb
Foto
Hadisə 48

Bakının Nəsimi rayonunda yolların kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Ağadadaş Qurbanov və Nəcəf bəy Vəzirov küçələrinin kəsişməsində baş verib.

Belə ki, xanım sürücü idarə etdiyi "Nissan" markalı avtomobillə yol kəsişməsindən keçərkən "Toyota" , "BYD" və "Mercedes" markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində "Toyota" markalı avtomobillə taksi fəaliyyəti göstərən Tofiq Mürsəlov müxtəlif bədən xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Qəzanın günahkarı ekspertlər tərəfindən müşahidə kameralarının lentə aldığı görüntülərə baxıldıqdan sonra bilinəcək.

Oxşar xəbərlər

Ağsuda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Ağsuda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş Tural Qasımov saxlanılıb. B...

34 Hadisə 12:52 29 sentyabr 2024

Son xəbərlər