Laçında zəlzələ olub, dağıntı və ya xəsarət yoxdur
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
MƏLUMAT YENİLƏNİR
***
Azərbaycanda 4.5 bal gücündə zəlzələ olub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:10-da, 10 km dərinlikdə qeydə alınıb.
Oxşar xəbərlər
Ərə getmək arzusu baha başa gəldi - "WhatsApp"la 22 min manatını ələ keçirdilər
Naftalanda "WhatsApp" vasitəsi ilə fala baxan şəxs qadının 22 min manatını ələ keçirib. BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, 1997-ci ildə Goranboy r...