6.2 milyon dollara aldığı bananı mətbuat konfransında yedi

6.2 milyon dollara aldığı bananı mətbuat konfransında yedi
Dünya 277

İtalyan rəssam Maurisio Kattelanın "Divara yapışdırılmış banan" adlanan konseptual əsəri Nyu-Yorkda hərraca çıxarılaraq 6,2 milyon dollara satılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, əsərin yeni sahibi kriptovalyuta sahibkarı Castin Sun media nümayəndələrinin qarşısında bananı divardan qoparaq yeyib.

Castin Sun bildirib ki, bananı mətbuat konfransında yemək də sənət əsərinin tarixinin bir hissəsi ola bilər.

Son xəbərlər