SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
1990-cı ilin əvvəlində avtomobil mütəxəssisləri ordu üçün "Tarantul" adlı maşınını istehsal etdilər. Bu avtomobil o dövr üçün ən yaxşı keyfiyyətləri özündə cəmləmişdi. "Tarantul"nın tipik xüsusiyyəti ondan ibarət idi ki, maşının əsas hissələri Rusiya istehsalı olan avtomobillərin aqreqatlarıyla tamamilə vahidlik təşkil edib.
 
BAKU.WS-in məlumatına görə, avtomobilin ötürmə qutusu VAZ-2107-dən götürülüb. "Tarantul" çox funksional avtomobil olduğu üçün istənilən maneəni rahatlıqla keçə bilir. Avtomobil hərəkətdə olarkən sərnişinin rahatlığı da nəzərə alınıb. 

Avtomobilin sükanı xüsusi olaraq hidrovlik-sükanla təchiz edilib ki, bu da maşının daha rahat manevr edə bilməsinə imkan yaradır. Bundan başqa, avtomobilin hazırlanması zamanı onun üzə bilməsi də nəzərə alınıb. Maşında azı 6 sərnişin rahatlıqla əyləşə bilir. "Tarantula" konstruksiyasına görə çox etibarlı nəqliyyat vasitəsi sayılır. 

Maşının maksimal surəti şosedə 80 km/saata çatır. Ancaq avtomobilin perspektivi sürəti 120-ə qədər artırmağa imkan verir. "Tarantula" xüsusilə bataqlıq yerdə və torpaq yolda daha effektivdir. 
 
BAKU.WS