SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Avtomobili kreditlə alanlar üçün yeni problem yaranib. Əslində bu problemi avtomobil sahiblərinin özləri yaradırlar. Söhbət kreditdə olan avtomobillərin mülki etibarnamə ilə satışından gedir. Bəzi şəxslər özlərini guya əlavə xərclərdən qorumaq istəyirlər, amma əksinə, ziyana düşürlər.  


Bank mütəxəssislərinin sözlərinə görə, son vaxtlar bu tip hallara tez- tez rast gəlinməyə başlayıb. Bəzilər sadəlöhvlükdən, bəzilər isə həqiqətən əlavə xərclərdən qaçmaq məqsədi ilə bu üsula əl atırlar. Nəticədə əziyyət çəkən isə elə avtomobilin sənəd üzərində sahibi olur.


Düzdür, qanunvericiliyə görə, bank faktiki avtomobil sahibindən, kredit ödənilmədiyi üçün yalnız avtomobilin təhvil verilməsini tələb edə bilər. Bu məsələdə borcu ödəmiyən şəxs üçün cinayət məsuliyyəti nəzərdə tutulmasa da, məsələ ona xeyli başağrısı verə bilər.


BAKU.WS