SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Nəqliyyat Agentliyi dayanma durma qaydalarını pozan sürücüləri cərimə etmək üçün yeni avadanlıqdan istifadə edəcək.  

BAKU.WS-in əldə etdiyi məlumata görə, artıq yeni cihazlar BNA-nın xüsusi avtomobillərinə quraşdırılır. 

BNA-nın həmin avtomobilləri yaxın günlərdə şəhərdə fəaliyyətə başlayacaq. BNA maşını hərəkətdə olarkən belə yeni cihaz vasitəsi ilə yol qırağında dayanan sürücüləri cәrimәlәyә biləcək.

Bu unikal "cərimə maşını" ilə yaxın günlərdə bütün sürücülər tanış olacaq.

Abbas

BAKU.WS