SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri haqqında Nazirlər Kabinetinin 2009-cu il 07 iyul tarixində təsdiq edilmiş 104 nömrəli qərarı ilə müəyyən edilmiş qabarit və çəki parametrlərinə uyğun olmayan nəqliyyat vasitələri "Azəryolservis” ASC tərəfindən verilmiş xüsusi icazəyə malik olmalı və həmin xüsusi icazədə göstərilmiş şərtlər və marşrut üzrə hərəkət etməlidirlər.

ASC-dən Trend-ə verilən məlumata görə, əks halda yol hərəkətinin təhlükəsizliyi nəzərə alınaraq həmin avtonəqliyyat vasitələri hərəkətdən kənarlaşdırılacaq. Onların hərəkəti xüsusi icazə alındıqdan və yalnız təyin olunmuş marşrut üzrə bərpa oluna bilər.

Nəqliyyat vasitəsinin icazə verilən qabaritləri Nazirlər Kabinetinin 2009-cu il 07 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır:
 
BAKU.WS