Azərbaycanın avtomobil seqmentində yolsuzluq avtomobilləri hər zaman xüsusi məşhur olub. Həm komfortuna, həm də texniki keyfiyyətlərinə görə SUV-lər müştərilərin ən çox seçdiyi avtomobillərdən biridir. Belə ki, lüks yolsuzluq avtomobili Lexus LX təqdimatından keçən iki ay ərzində dərhal populyarlıq qazanmağa müvəffəq olub. Yenilənmiş eksteryeri və interyeri ilə öz seqmentindəki rəqiblərinə ilk gündən meydan oxuyan premium SUV-yə artıq Bakı küçələrində tez-tez rast gəlmək mümkündür.   

Yaponiyanın premium avtomobil brendi Lexus-un flaqman SUV-si olan  LX aqressiv dizaynı ilə dərhal diqqəti öz üzərinə çəkir. Futuristik görünüşə malik yeni LX-in komfortlu salonu 8 nəfərlikdir. Avtomobil güclü V8 mühərrik və aparıcı 4-təkər sistemi ilə təchiz olunub. Yan cizgilər, cəlbedici dizaynda təqdim olunan və xromla haşiyələnən ön qəfəs sayəsində avtomobilin gövdəsi indi daha dəbdəbəlidir. Nəfis interyer və interfeys isə tam komfort və ideal erqonomika vəd edir.

Salonun texniki üstünlükləri avtomobilin proqressiv xarici görünüşü ilə uzlaşır. İnteryerin intellektual idarəetmə sistemi daha da təkmilləşdirildiyi üçün sərnişinlər tam komfortla əhatə olunur. Sürücü oturacağını 14, digər oturacaqları isə 12 mövqedə tənzimləmək imkanı var. 4 zonalı kondisioner sistemi, qızdırılan oturacaqlar və sükan çənbəri, geniş seçim təklif edən yüksək keyfiyyətli səs sistemi, 11.6 düymlük HD ekrandan ibarət arxa oturacaqlar üçün əyləncə sistemi və s. kimi özəlliklər premium SUV seqmentində Lexus LX-in unikallığını artırır. 
Yeni Lexus LX güclü V8 mühərriki ilə hər yol və yolsuzluq şəraitində yüksək manevr qabiliyyətini qoruyub saxlayır. 8 pilləli avtomat sürət qutusu ilə təchiz olunmuş avtomobil 367 at gücündədir. 

Təkmilləşdirilmiş Adaptiv Dəyişkən Asqı 4 təkərli idarəyə nəzarət sistemi ilə optimal sürüş komfortunu və mükəmməl yol performansını təmin edir. Yeni Drive Mode Select – idarəetmə rejim seçimi Normal, Eco, Comfort, Sport və Sport S+ sürüş rejimləri arasında seçim etməyə şərait yaradır. LX-in ötürücülük gücü, idarəsi və kondisioner sisteminə vahid nəzarət sistemi avtomobilin həm ekoloji effektivliyini, həm də dinamikliyini maksimuma çatdırır.    
   
Lexus LX-in yenilənmiş müasir passiv təhlükəsizlik sistemi də (10 hava yastığı, ön oturacaqların zərbədən qorunması və s.) bu nəhəngin yüksək texniki göstəricilərinə əlavə üstünlük qazandırır.