055 213 76 73
"Report"a müraciət edən sürücülər bildiriblər ki, Ələt-Atara yolunun Biləsuvar rayonundan Astaraya qədər olan hissəsində radar cihazları quraşdırılmayıb. Bu isə sürücülərin yüksək sürətlə hərəkət etməsinə səbəb olur ki, nəticədə həm avtomobillər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaranır.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev sayta bildirib ki, yol polisi əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinə daim diqqət yetirilir və lazımı tədbirlər həyata keçirilir.
"Zərurət olan yerlərdə yollar xüsusi texnika vasitəsilə təchiz ediləcək", - deyə R.Quliyev bildirib.
BAKU.WS