SİZİN REKLAM BURADA!
055 213 76 73


"MANPASI" səhər şousu və "Avtostop" verilişi 90 FM-ə keçirlər.

BAKU.WS
xəbər verir ki, sentyabrdan hər iki veriliş İctimai Radio efirindən səslənəcək.

Bundan sonra  ölkənin iki ən populyar verilişi cari ilin sentyabrın 2-dən "İctimai Radio"da səslənəcək. "MANPASI" səhər şousunu yenə də DJ Fateh və Rəvan Bağırov, "Avtostop"u isə Tural Yusifov aparacaq. Verilişlərin efir vaxtında da dəyişiklik edilməyəcək.


Yeni mövsümdəki digər dəyişikliklərdən bəhs edən İctimai Radionun direktoru, DJ Fateh onu da bildirib ki, 2019/2020 mövsümündə efirdə daha 4 yeni veriliş və 10-a yaxın fərqli rubrika səslənəcək. Bu, əsasən, təhsil, fərdi inkişaf və biznes mövzusunda verilişlər, o cümlədən, hüquq sahəsində konsultativ diskussiyalar olacaq. Eyni zamanda, milli musiqi və azərbaycan dili bu mövsümdə də İctimai Radio üçün məzmun istehsalında prioritet mövzular olaraq qalacaq.

Ölkənin iki ən populyar verilişinin bir radioda efirə çıxacağını şərh edən Fateh, nəhayət ki, dinləyicilərin arzularını həyata keçirdiklərini qeyd edib. Xatırladaq ki, son 7 ildə "MANPASI" səhər şousu "Media FM", "Avtostop" verilişi isə "Azad Azərbaycan" radiolarının ən populyar verilişləri olublar.

BAKU.WS
VİDEO