SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə il öncə təhlükəsizlik qaydalarını ciddi pozduqlarına görə, şəhərdən yığışdırılan evakuatorlar yenidən Bakı küçələrində görünməyə başlayıb. 

BAKU.WS xəbər verir ki, bu dəfə evakuatorlar Bakı Nəqliyyat Agentliyinin bir başa təşəbbüsü ilə fəaliyyətə başlayıblar. Qəribədir ki, BNA-nın evakuatorları avtomobilləri həm də pullu dayancaqlardan təxliyyə edirlər. Bu başqa bir mövzu, amma hazırda avtomobil sahiblərini narahat edən BNA-nın təxliyyə zamanı təhlükəsizlik qaydalarına nə dərəcədə əməl etməsidir. 

BAKU.WS-in qaynar xəttinə göndərilən fotolardan isə bəlli olur ki, dəyişən heç nə yoxdur. Dəyişən sadəcə evakuasiya xidmətini həyata keçirən qurumun adıdır. Təhlükə isə daha da çoxalıb. Əvvəllər avakuasiya zamanı sadəcə avtomobillərə zərər vururdularsa, indi digər yol hərəkəti iştirakçıları da ciddi zədələnə bilər. 

Aşağıda təqdim etdiyimiz şəkildən də aydın görünür ki, BNA-ya məxsus evakuatorlar fəaliyyətlərində heç bir təhlükəsizlik qaydalarına əməl etmirlər. Əksinə, yollarda təhlükə mənbəyinə çevriliblər.


Şəkildən də aydın görünür ki, avtomobilləri təxliyyə etmək üçün istifadə olunan qurğu (metal parçası) hər an yerindən çıxıb arxada gələn maşına ciddi təhlükə törədə bilər. 

Yəni şəhərdə təhlükəsiz hərəkəti təmin etməli olan qurum, sadəcə təhlükə saçır...
BAKU.WS