VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobil qəzası zamanı sığorta ödənişi üçün tələb olunan "Forma 4" sənədinin alınması avtomatlaşdırılır.

İcbari Sığorta Bürosu Hadisələrin İdarəedilməsi Sistemini ictimaiyyətə təqdim edib. Sistemdə bir çox yeniliklər öz əksini tapıb. Sistemin funksiyalarından biri də "Forma 4" sənədinin elektron qaydada əldə edilməsidir.

BAKU.WS-in məlumatına görə, İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, xidmətin istifadəyə veriməsi sayəsində sözügedən arayışı avtoqəzadan qısa müddət sonra əldə etmək mümkün olacaq.

Artıq Daxili İşlər Nazirliyi və İcbari Sığorta Bürosu tərəfindən texniki proseslər tamamlanıb. Sistemlərin qovuşsdurlması da yekunlaşıb. Hazırda sığorta şirkətlərinin sistemə qoşulması prosesi həyata keçirilir. Yaxın 2 həftə ərzində bu proses də yekunlaşacaq və "Forma 4" arayışı onlayn şəkildə veriləcək.

Yeni sistemin fəaliyyəti nəticəsində sığorta ödənişlərinin verilməsi müddəti də xeyli azalacaq.
BAKU.WS
VİDEO