SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gecə Bakının Sabunçu rayonunda polis avtomobili oğurlanıb və sonradan qəzaya uğrayıb.

BAKU.WS
-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məlumat yayılıb. Məlumatda bildirilir ki, Bakıxanov qəsəbəsində polisin xidməti maşınını oğurlanıb. Sonradan avtomobil Sabunçu rayonu İcra Hakimiyyətinin binası önündə ağaca dəyərək qəzaya uğrayıb.

Məsələ ilə əlaqədar Sabunçu rayon Polis İdarəsilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, polis maşınının oğurlanması ilə bağlı onlarda heç bir məlumat yoxdur.

Ziya Babayev

BAKU.WS