Mayda Bakının avtomobil bazarında qiymətlərin cüzi azalması gözlənilir.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib

Onun sözlərinə görə, may ayının yekunlarına əsasən azalma 1-2 faiz təşkil edəcək:

“Bu ilin yanvar-fevral aylarında ölkə avtomobil bazarında bahalaşma müşahidə olunurdu. Həmin dövrdə bu göstərici 10-12 faizə bərabər idi. Növbəti iki ay ərzində qiymətlər eyni səviyyədə qalıb. Aprel ayından başlayaraq bazarda cüzi ucuzlaşma müşahidə olunub”.

Ekspert bildirib ki, bu tendensiya azı iki ay davam edəcək.

Qeyd edək ki, 2018-ci il dekabrın yekunlarına əsasən mühərrik həcmi iki litrədək avtomobillərin orta qiyməti 20 489 manat, üç litrədək olan avtomobillərin orta qiyməti 40 314 manat, mühərrik həcmi üç litrdən çox avtomobillərin orta qiyməti isə 82 160 manat təşkil edib.
BAKU.WS