SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Yol Polisi jurnalist Zülfüqar Xeyirxəbəri sürət həddi 120 km/saat olan yolda 118 km/saatla hərəkət etdiyi halda, "328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə" cərimələyib.  

BAKU.WS-in məlumata görə, bu barədə jurnalist öz Facebook səhifəsində məlumat paylaşıb. 

"3-cü zolaqda hərəkət edən Mercedes ML-dir (GL-ə də bənzəyir). Mən isə birinci zolaqla hərəkət edirəm. Ağ Ford Tranzitdən zonra birinci maşın (yaşıl oxla işarıələnib). Həmin zolaqda hərəkət sürəti 120 km/saatdır. ML-in hərəkət etdiyi zolaqda isə 100 km/satdır (qırmızı oxla işarələnib). DYP əməkdaşları əsas planda mənim maşının şəklini veriblər, digər şəkikllərdə ML-i (GL). Cəriməni isə mənə yazıblar", - deyə jurnalist protokola əlavə edilmiş video və şəkillərlə yazdıqlarını sübut etməyə çalışıb.

O, protokoldan şikayət etdiyini bildirib.
BAKU.WS
VİDEO

QALEREYA