SİZİN REKLAM BURADA!
055 213 76 73


Mingəçevirdə 25 yaşlı usta Vladimir Kalidin və qardaşı Denis birgə "Kvadrasikl” nəqliyyat vasitəsi hazırlayıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, 3 aya ərsəyə gələn minik vasitəsi motosiklet və "VAZ" avtomobilinin detallarından yığılıb. 800 manata yaxın xərc qoyulan kvadrasiklın mühərrikinə müəyyən dəyişikliklər edilərək onun gücü daha da artırlıb.

Mingəçevirdə avtomobillər arasında şütüyən minik vasitəsinə maraq böyükdür. Əksər avtomobillərin çıxa bilmədiyi hündürlüklərə qalxan bu nəqliyyat vasitəsi rahat idarə edilməklə yanaşı, saatda 90-100 km sürət yığa bilir.

Kvadrasiklı almaq istəyənlər də az deyil. Vladimir Kalidin minik vasitəsinə sənəd aldıqdan sonra sata biləcəyini deyir. Mingəçevir sakini gələcəkdə fərqli görünüşlü nəqliyyat vasitələri hazırlamağı da planlaşdırır.

BAKU.WS
VİDEO