VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rayonlardakı maşın bazarlarında daha çox avtomobil satışa çıxarılsa da durğunluq yaşanır. Alıcılar durğunluğa görə, satıcıları ittiham edir. Gəncə və Bərdənin maşın bazarlarından əməkdaşlarımızın hazırladığı sujeti təqdim edirik.

Avtomobillər çox alıcılar isə azdır.

Gəncənin yeni maşın bazarında avtomobil sıxlığı müşahidə olunur. Bütün ətraf bölgələrdən gələn alıcı və satıcılar bazarda əsl izdiham yaradıb. Ancaq bu alış-verişin canlanmasına təsir edə bilmir.

Alıcılar isə bazardakı durğunluğa görə satıcıları ittiham edir. Yeni maşın sahibi olmaq istəyənlər deyir ki, qiymətlər süni olaraq şişirdilir, bu isə ticarətə mane olur.

Bura isə regionun ən böyük maşın bazarlarından biri olanBərdənin avtomobil bazarıdır. Həftədə iki dəfə satış həyata kecirilən bazarda satan çox, alan azdır...

Bazarda istehsal ili köhnə olan avtomobillərdə qiymətlər aşağı düşsə də alıcı tapılmır.

Satıcılar bildirir ki, şəhər yerlərindən fərqli olaraq rayonlarda xarici maşınlara təlabar azdır. Bu dəfəki bazarda puluna uyğun maşın tapa bilməyənlər növbəti bazarı gözləyir.

BAKU.WS