SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ilə akademik M.Mirqasımov küçəsinin kəsişməsində qəribə yol nişanı quraşdırılıb.

BAKU.WS 
xəbər verir ki, bu barədə yol-nəqliyyat eksperti Azər Allahverənov sosial şəbəkədə foto paylaşaraq məlumat verib.

Onun paylaşdığı fotoda 4.1.4 - Düzünə və sağa hərəkət yol nişanının səhv quraşdırıldığını görürük. 

"Aidiyyətı strukturlardan xahiş edirəm ki, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ilə akademik M.Mirqasımov küçəsinin kəsişməsində quraşdırılmış yol nişanını düz səviyyəyə gətirsinlər"-yazaraq, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev və "Azəravtoyol" İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfliyə müraciət edib.

Ekspertin statusuna reaksiya verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bununla bağlı ölçü götürüləcəyini bildirib.

Zülfiyyə Qurbanova
BAKU.WS

                                  M.Qaşqay küçəsi ilə M.Mirqasımov küçəsinin kəsişməsində quraşdırılmış yol nişanını


                       4.1.4 - Düzünə və sağa hərəkət yol nişanı