SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakıda  iki avtomobil yolunda  sürət həddi aşağı salınıb.
 
BAKU.WS-in Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, hava şəraiti ilə bağlı olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib. 

Eyni zamanda Zığ dairəsi - Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb.

Hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.

Azad Aliyev
BAKU.WS