VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Oktyabrın 7-də Bakıda Çinin 1N-li yolsuzluq brendi olan Haval şirkətinin yeni modeli H6 təqdim edilib. 

BAKU.WS xəbər verir ki, təqdimat mərasimində işadamları, cəmiyyətin məşhur simaları və KİV nümayəndələri iştirak edib. Tədbirdə Haval brendinin yaranma tarixindən, fəaliyyət konseptindən, yolsuzluq seqmentində tutduğu mövqedən danışıldı.

Haval şirkətinin direktoru Ağasadıq Sadıqov tədbirdə çıxış edərək şirkətin fəaliyyəti barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Haval ölkəmizdə qısa bir zaman kəsiyində SUV və crossover seqmentində seçilən brendə çevrilib. Həmçinin qeyd edilib ki, Haval dünyanın bir çox ölkələrində də ciddi rəqiblər arasında möhkəm mövqeyə sahib olub.


Təqdimat mərasiminə Haval brendinin yeni modeli H6 2 GDİ-nin 5 rəngdə (qara, qırmızı, qəhvəyi, göy və ağ) olan modelləri nümayiş edilib. Qonaqların böyük marağına səbəb olan yeni model həm dizaynı və interyeri ilə, həm də məxsusi göstəriciləri ilə görənləri valeh edib. Təqdimatda iştirak edənlər avtomobillə yaxından tanış olmaq imkanı qazanıb. Avtomobilə əyləşib göz oxşayan salonla tanış olanlar təəccüblərini gizlədə bilməyib.

"Light in Black" şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Haval şirkətinin yeni modeli H6 2 GDİ haqqında ətraflı məlumat verildi.

Mühərriki 187 at gücü olan yeni model H6 2 GDİ avtomobilini almağı arzu edənlər 2 GDİ Turbo mühərrikin sayəsində benzin sərfiyyatında 20 %-ə qədər qənaət imkanı əldə edəcək. Avtomobilin hərəkət etdirici hissəsi ön hissədir. Bununla yanaşı, sükanın hansı tərəfə döndərməyinizdən asılı olaraq, duman işıqlarının həmin səmtdə avtomatik dönməsi funksiyası və avtoparkinq sistemi avtomobili idarə edərkən sizə çox əlverişli imkan yaradır.  

Multi rul, ölü zonalarda məlumatlandırıcı siqnal, sükan və oturacaqların isitmə sistemi, 2 zonalı klimat-kontrol, 6 ədəd qabaq hissədə və 6 ədəd arxa hissədə olmaqla ümumi 12 parkradar isə sizə əsl rahatlıq təminatı verir.

Əgər siz güclü, hər növ innovasiyalarla təchiz edilmiş, maksimal təhlükəsiz və premium yolsuzluq avtomobili axtarırsınızsa, o zaman Haval H6 sizin xəyalların təcəssümüdür.

Haval H6 2 GDİ modeli xüsusi keyfiyyətə malik dəri salonla təchiz edilib. Xüsusi zövqlə hazırlanmış modern tipli interyer, aerokosmik maşına bənzəyir. Bununla yanaşı, 19 düymlük möhtəşəm disklər avtomobilə xüsusi görünüş verir.


Yuxulu vəziyyətdə maşın sürərkən tam təhlükəsizliyinizi təmin edəcək xəbər verici siqnallar, sizi zolağınızı dəyişdiyiniz zaman xəbərdar edəcək siqnallar verəcək.

H6 2 GDİ modelinin satış qiyməti 44.900 AZN olaraq müəyyən edilib. Bu möhtəşəm avtomobili 20% ilkin ödəniş etməklə, lizinq şərtləri ilə əldə etmək  mümkündür. Sənədləşdirmə aparmaq üçün səxsiyyət və sürücülük vəsiqəsi təqdim etməyiniz kifayət edir. Ecazkar dizayna sahib avtomobil 5 illik zəmanət və ya 100.000 km. zəmanətlə təqdim olunur. İstehsalçı tərəfindən, xüsusi olaraq, kitabçada qeyd olunmuş hissələrə 100.000 km qədər tam ödənişsiz servis verilir. Avtomobili sürün və ödənişi fikirləşməyin!

Bəli, bəli, yanlış eşitmədiniz. Hər 5.000 km-dən bir tələb olunan servis xərclərini (100.000 kilometrə qədər) Haval tam olaraq öz üzərinə götürür.


Qeyd edək ki, brendin əsas hədəfi yeni perspektivlər açmaq, zirvələri fəth etməkdir. Bu səbəbdən də Haval ən müasir və yüksək standartlara cavab verən tam avtomatlaşdırılmış zavodlarda, dünyanın ən qabaqcıl mühəndis qrupunun peşəkar nəzarəti ilə istehsal edilir. Zirvələri fəth etmək üçün Haval yüksək keyfiyyət, hədsiz təhlükəsizlik və müasir dizayna önəm verməklə insanlara mükəmməl avtomobil təqdim etməyi ilk gündən hədəf seçib. Əldə edilən mükafatlar və kraş testlərin nəticələri bu hədəflərin əlçatan olduğundan xəbər verməkdədir.

Ünvan: Bakı şəh. Babək pr.
Telefon: 012 51 41 078
E-poçt: [email protected] 


Web sayt: http://haval.az/
Facebook: HAVAL Azerbaijan
İnstagram: @haval_azerbaijan

BAKU.WS