SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda dövlət qurumlarının bir sıra nəqliyyat vasitələri hərraca çıxarılıb.

Bu barədə BAKU.WS-ə Əmək məsələləri dövlət komitəsindən məlumat verilib.

Qeyd: 1-ci sətirdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəqliyyat vasitəsi  3-cü dəfə 10% endirimlə  təkrar hərraca çıxarılır.

2-3-cü sətirdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan  nəqliyyat  vasitəsi 4-cü dəfə 25% endirimlə  təkrar hərraca çıxarılır.

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov.az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir) (tel:566-07-44)

BAKU.WS