SİZİN REKLAM BURADA!
055 213 76 73



Audi-ni təmsil edən pilot Rene Rast Xokkenxaymda keçirilən 2017 DTM mövsümün final yarışında ikinci yeri qazanaraq, tarix yazıb. 

Rene, DTM tarixində debüt edərək layiqli yer tutan 7-ci yarış iştirakçı titulunu qazanıb. 

Audi Motorsport-un rəhbəri Diter Qaz “Rene yarış zamanı mükəmməl performans nümayış etdi” deyə söyləyib.

Rene Rastın Volkswagen Group-da karyerasında Polo Cup-ı “Le Mans”-a kimi aparıb. Formula 1-in dəstək proqramı olan "Porsche Supercup" mükafatını 3 dəfə qazanır və 2011-ci ildən dörd üzüklü Audi brendini təmsil etməyə başlayır.

24 saat davam edən Daytona və ondan sonra Nürburqriq yarışlarında qalibiyyətləri, ADA CGT Masters və DTM titullarının altına bir xətt çəkərək vurğulayıb.

Rene Rast Minden şəhərində Oktyabrın 26-sı, 1986-ci ildə dünyaya gəlib. Hazırda Bregenz şəhərində, yoldaşı Diana və oğlu Liam ilə yaşayır. Elə pilot Mattias Ekström kimi şəxsi həyatında Audi SQ7 avtomobilinə üstünlük verir.