SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində polisin qanuni "saxla" əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan daha bir sürücünü saxlayıb.

BAKU.WS Xezerxeber.az-a istinadən məlumat verir ki, yol polisi sükan arxasındakı 46 yaşlı sürücünü Yasamal rayonundan Lökbətan qəsəbəsində qədər qovub. Həmin təqib anı isə həm təhlükəsiz şəhər,həm də patrul avtomobilindəki kameralara düşüb.

Yasamal rayonu Kənar Dairəvi yolda vətəndaş Seymur Hənifəyevin idarə etdiyi "Vaz 2107" markalı 07-BF-711 nömrəli avtomobilin konstruksiyasında dəyişiklik edildiyi üçün yol polisi tərəfindən sürücüyə "saxla" əmri verilib. Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb.

Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq sürücü ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib. Sürücünü görülən tədbir nəticəsində Lökbatan qəsəbəsində digər yol polislərinin köməyi ilə süni tıxac yaradılandan sonra dayandırmaq mümkün olub. Araşdırmalar zamanı məlum olub ki, 46 yaşlı Seymur Hənifəyevin iki nəvəsi var.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə sürücü Seymur Hənifəyev İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati həbs edilib.

BAKU.WS