SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhər sakini Bəhruz Qarayev yeni qurğu ixtira edib. Onun bu qurğusu avtomobil yanacağına qənaət etmək imkanı verir. Belə ki, yeni qurğu vasitəsi ilə su parçalanır və əldə olunan hidrogen qazı birbaşa avtomobilin yanacağ sisteminə ötürülür. Nəticədə avtomobil hər 100 kilometr məsafədə yanacağa 30 faizə qədər qənaət edir.

Bir sıra ixtiraları ilə tanınan Bəhruz Qarayevin yeni məhsulu hər kəsin işinə yaraya bilər. Onun ixtirası ilə avtomobil yanacağına qənaət etmək mümkündür. Bəhruz Qarayev xüsusi qurğu ilə suyu parçalıyaraq hidrogen qazı əldə edir.

Bəhruz Qarayev həmin qurğunu artıq avtomobilinə qoşub. Onun sözlərinə görə, yeni qurğu qoşulduqdan sonra avtomobilini 4 min kilometrdən artıq idarə edib və yanacağa azı 30%-ə qədər qənaət edib.

İxtiraçı yeni yanacaq növünün ekoloji baxımdan da olduqca təmiz olduğunu deyir. Bəhruz Qarayev ixtirası qısa bir zaman ərzində patentləşdirmək istəyir. İxtiraçı şərait olarsa, qurğunu daha da təkminləşdirə biləcəyini deyir./xəzər tv/
 
BAKU.WS