VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Məşhur avtomobillərin modellərini hazırlayan Sübhan Sadıqov, indi onları satır. Buna səbəb isə gənc mühəndisin yeni avtomobil düzəltmək üçün maddi vəsaitinin olmamasıdır. Digər problem isə sənədləşdirmə ilə bağlıdır.

BAKU.WS Xezer TV-yə istinadən məlumat verir ki, Sübhanın hazırladığı avtomobillər milyonlarla dollar qiyməti olan "Ferrari”ni və "Lotus”un bənzərləridir.

Sübhan Sadıqov avtomobilləri hazırlamağa uzun müddət vaxtının getdiyini, hazırda isə başqa bir model üzərində çalışdığı üçün maddi problemlər yaşadığını deyir. 

Birini "BMV”, digərini isə "VAZ 2107” mühərriki ilə yığan Sübhan avtomobillərin zavod istehsalı olan nəqliyyat vasitələrindən heç də geri qalmadığını bildirir. 

Avtomobilləri şəhər yollarında sürməyə icazə olmadığından onlar suvenir kimi satılır. Qiymətləri isə 6 milyonluq real "Formula -1” avtomobilindən 200 dəfə ucuz - 35 min manatadır.

Sübhan maddi çətinliklərə baxmayaraq, yeni modeli ərsəyə gətirməkdə israrlıdır. Onun sözlərinə görə, hazırladığı yeni model avtomobil bu iki avtomobildən daha fərqli olacaq.
 
BAKU.WS