SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda sürücü ilə yol polisi arasında növbəti qalmaqal baş verib.
 
BAKU.WS xəbər verir ki, polis yol hərəkəti qaydalarını pozduğunu iddia etdiyi sürücünü saxlayıb. Polis əməkdaşı sürücüyə Hüseyin Cavid prospektində nəqliyyat vasitəsini yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozduğunu bildirib. Daha sonra sürücü belə bir qayda pozuntusuna yol vermədiyini, hadisənin görüntülərinin ona göstəriləməsini inadla yol polisi əməkdaşından tələb edib. Sürücü isə sonacan qayda pozduğunu etiraf etməyərək yol polisinin qanuni tələblərinə tabe olmayıb. 
 
Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları çağırılıb. Sürücüyə protokol tərtib edilib. 
 
VİDEO: Avtosfer 
Aynur Ələkbərova
BAKU.WS