SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının "Beşmərtəbə" ərazisindəki dairəyə avtomobillərin girişi məhdudlaşdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, dairədə hərəkətin dəyişdirilməsinə səbəb "Sovetski” ərazisində çəkilən yeni kanalizasiya xətlərinin birləşdirilərək əsas kollektora yönəldilməsi ilə bağlıdır:

"Bu məqsədlə Füzuli küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsində qazıntı işlərinə başlanılıb. Həftə ərzində işlər bitəcək. Dairədə hərəkətdə də müəyyən dəyişiklik var. Sürücülər həmin ərazidə diqqətli olsunlar”.
 
BAKU.WS