SİZİN REKLAM BURADA!
055 213 76 73



Almaniyada 1992-ci ildə istehsal olunmuş "Mercedes" ortaya çıxıb.
 
BAKU.WS-in moka.today-ə istinadən verdiyi məlumata görə, bir pensiyaçıya məxsus olan "Mercedes 600 SEL" demək olar ki ideal vəziyyətdə saxlanılıb. Klassik rəng kombinasiyasında olan maşın boz dəri salonla təchiz olunub. 

Avtomobilin mühərriki 408 l.s gücə malikdir. Maşın 1992-ci ildən sonra istehsal olunan böyük həcmli mühərriklər sinifinin ilk nüsxələrindəndir. "Mercedes" yürüyüşü 200 kilometrdir. Avtomobilin dəmirində heç bir rənglənmə işi görülməyib və cızıq yoxdur. 

Belə vəziyyətdə "Mercedes" Avropada nadir avtomobil olaraq qəbul olunur. 
 
BAKU.WS